EN

Dünyanın siyasi XRONİKASI VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-a rəsmi səfərə gəliblər.Bizim.Media xəbər verir ki, kral ailəsini ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıblar.Dörd günlük səfər ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü fonunda keçirilir və Vaşinqton, Nyu-York və Virciniya ştatını əhatə edəcək.İranda etirazların yenidən başlaya biləcəyi ilə bağlı narahatlıq artır.

 

“Iran International”ın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasında ölkədə etirazların yaxın günlərdə yenidən alovlana biləcəyi ilə bağlı müzakirə aparılıb. Təhlükəsizlik qurumlarının nümayəndələri iclasda ölkədəki iqtisadi vəziyyətlə bağlı “məyusedici mənzərə” təqdim ediblər.

Onların qiymətləndirməsinə görə, iqtisadi böhranın dərinləşməsi etirazların yenidən başlamasına əsas səbəb ola bilər.ABŞ İranın ali rəhbərinin sağ olduğunu düşünür.ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib ki, Vaşinqton İranın ali rəhbərinin sağ olduğunu güman edir. Rubio həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə heç vaxt birbaşa danışmadığını deyib.Onun sözlərinə görə, Əraqçi ABŞ rəsmiləri ilə nadir hallarda təmasda olub və bu əlaqələr əsasən dolayı danışıqlar formatında aparılıb. Rubio bildirib ki, Tehranla birbaşa kontaktlar çox nadir, məxfi və İran sistemində yalnız bir-iki şəxs vasitəsilə baş tutur.Rumıniya və ABŞ PUA sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.Rumıniyanın müdafiə naziri Radu Mirutse və ABŞ Quru Qoşunlarının naziri Daniel Driskoll PUA və anti-PUA sistemləri sahəsində əməkdaşlıqla bağlı niyyət məktubu imzalayıblar.Razılaşmaya əsasən, Rumıniya Böyük Britaniyadan sonra ABŞ-ın Counter-UAS Marketplace platformasına real vaxt rejimində çıxış əldə edən ikinci ölkə olacaq. Bu platforma pilotsuz uçuş aparatlarına qarşı 1600-dən çox həllə çıxış imkanı yaradır və cavab tədbirləri ilə satınalma proseslərini sürətləndirir.ABŞ və İran münaqişədən əvvəlki vəziyyətə qayıtma variantını müzakirə edir.CNN-in məlumatına görə, ABŞ və İran potensial razılaşmanın ilk mərhələsi kimi münaqişədən əvvəl mövcud olan status-kvoya qayıtmaq imkanını nəzərdən keçirir.Məlumata əsasən, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil və danışıqlar fəal pərdəarxası diplomatiya ilə müşayiət olunur.İlk addımlardan biri Hörmüz boğazında azad gəmiçiliyin bərpası və əvvəlki şərtlərə qayıdış ola bilər. İranın nüvə proqramı ilə bağlı müzakirələrin isə danışıqların sonrakı mərhələsinə saxlanılacağı gözlənilir.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
47
bizim.media

10Sources