Sumqayıt şəhəində 25 min abonentin içməli su təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər veror ki, bu barədə informasiyanı Sumqayıt Sukanal idarəsi yayıb.
Qeyd olunub ki, şəhərdə magistral su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb.
Görülən işlərlə əlaqədar bu gün saat 10:30-dan etibarən, şəhərin bəzi ərazilərində təqribən 25 min abonentin su təchizatında fasilə olacaq.
Suyun verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Bizim.Media