EN

Bakıda tikinti sektorunda 380 yoxlama: 1 677 işçi müqaviləsiz çalışıb, 2,5 milyon manatdan çox cərimə tətbiq edilib

Bakı.Trend:

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-formalməşğulluqla mübarizə tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ƏməkMünasibətlərinin Monitorinqi Mərkəzi fəaliyyətə başladığı tarixdənetibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətininaraşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib.

Bu barədə Trend-ə Asan Xidmət-dən məlumat verilib.

Bildirilib ki, bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadanişə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqivə fiziki şəxsi təmsil etdiyi aşkar edilib.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 vədaha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrəpozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrəümumilikdə 2,526,700 manat məbləğində cərimə və maliyyəsanksiyaları tətbiq edilib.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində həyata keçirilənyoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərininrəsmiləşdirilməsinin təşviqi məqsədilə geniş maarifləndirmə işləridə aparılır. Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çoxtikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi vəişəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlərzamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlliyolları təqdim olunub və metodiki tövsiyələr verilib.

Kompleks yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakışəhərinin tikinti sektorunda əmək münasibətlərininrəsmiləşdirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub.Təhlillər göstərir ki, ilkin dövrlə müqayisədə çoxmənzilli yaşayışbinalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörddəfədən artıq azalıb. Görülmüş işlər işəgötürənlər və işçilərtərəfindən əmək qanunvericiliyinin tələblərinə daha yüksəksəviyyədə riayət olunmasına şərait yaradıb və bu sahədə müsbətnəticələrlə müşayiət olunub.

380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinqedilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsiimzalanıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki,əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmişelektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əməkmüqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur vəhüquqi qüvvəyə minir. İşəgötürənlərə əmək qanunvericiliyinintələblərinə ciddi riayət etmələri, işçilərə isə işə başlamazdanəvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyəolunur.

Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

Chosen
3
50
az.trend.az

10Sources