EN

Ayətullah Seyid Həsən Amili ilə görüşən vətəndaşlar həbs edilsin!

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Türkiyənin həmrəylik karvanından ilhamlanan bir qrup Azərbaycan vətəndaşı İrana səfər edib”.

Gununsesi.info bildirir ki, bu barədə İranın “Səhər Azeri” kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Müqavimət Yolu Karvanı” adlı Azərbaycan şiə həmrəylik karvanının üzvləri Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Amili ilə görüşüblər.

Adları açıqlanmayan Azərbaycan vətəndaşlarının ölkəmiz əleyhinə çıxışları ilə tanınan Ayətullah Seyid Həsən Amili görüşü isə təəccübə səbəb olub.

Belə ki, “Səhər Azeri” kanalının sosial şəbəkə hesabında bu paylaşıma sərt reaksiya verən insanlar onları “İran agenti” adlandırıb.

Paylaşılan xəbərə və fotoya rəy yazan insanlar həmin şəxslərin həbsini tələb edib.

Azərbaycanın  düşməniylə görüşənlərin adları məlum olmasa da, xüsusi xidmət orqanları onların fotoları vasitəsilə kimliyini müəyyən edəcəyi şübhəsizdir.

Günay Mahirqızı

GUNUNSESI.INFO

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
50
icma.az

10Sources