EN

İraqda baş nazir postuna yeni namizəd irəli sürülüb

Şiə siyasi bloklarını birləşdirən Koordinasiya Şurası hökumətin formalaşdırılmasını Əli əz-Zeydiyə həvalə edib...

İraqda yeni baş nazirliyə namizədin adı açıqlanıb.

Poliqon xəbər verir ki, bu barədə INA məlumat yayıb. Bildirilir ki, ölkədə şiə blokları və partiyalarının əksəriyyətini birləşdirən Koordinasiya Şurası biznesmen və hüquqşünas Əli əz-Zeydini baş nazir postuna namizəd irəli sürüb.

Məlumata görə, İraq Prezidenti Nizar əl-Amidi artıq yeni baş nazirə Nazirlər Kabinetini formalaşdırmağı tapşırıb.

Əli əz-Zeydinin rəhbərlik edəcəyi yeni hökumətin qarşısında siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının fəaliyyətinin gücləndirilməsi və ölkədə təhlükəsizlik vəziyyətinin qorunması kimi əsas vəzifələrin dayanacağı gözlənilir.

Poliqon.info

Chosen
6
36
poliqon.info

10Sources