Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton otelində təşkil olunan şam yeməyinə hücum etməkdə şübhəli bilinən Kol Tomas Allen Prezident Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub.
Hafta.az xəbər verir ki, o, Vaşinqtondakı federal məhkəmə qarşısına çıxarılıb. Hakim Metyu Şarbo 3 maddə üzrə ittiham elan edib.
O, zorakılıq cinayəti zamanı odlu silahdan istifadə, ağır cinayət törətmək niyyəti ilə ştatlararası ticarətdə odlu silah daşıma və ABŞ Prezidentinə sui-qəsd cəhdi maddələri üzrə mühakimə olunacaq.
Allen məhkəmədən onun üçün vəkil təyin etməsini istəyib.
Növbəti məhkəmə prosesi aprelin 30-a təyin olunub.