EN

Melaniya Trampa “gələcəyin dul qadını dedi”, Trampın “radar”ına düşdü



ABŞ Prezidenti Donald Tramp Birinci Xanımı "gələcəyin dul qadını" adlandırdığına görə komediyaçı Cimmi Kimmelin işdən çıxarılmasını tələb edib.
Zarafat Donald Trampa qarşı üçüncü sui-qəsd cəhdindən iki gün əvvəl ABC-nin "Tonight Show" verilişində yayımlanıb.
Euronews xəbər verir ki, buna səbəb Melaniya Trampın daha öncə xüsusi bir açıqlamada Kimmelə sərt reaksiya verərək ABC-ni aparıcının şərhlərinə görə "sərt mövqe tutmağa" çağırması olub.
Kimmel isə, buna cavab olaraq, özünü"Correspondents' Banket"in aparıcısı kimi təqdim edən monoloqunda Melaniya Trampı "gələcəyin dul qadını" adlandırıb. Orada o, Birinci Xanıma müraciət edərək, "Xanım Tramp, siz gələcəyin dul qadınına oxşayırsınız" deyib və bununla da Donald Trampın qəzəbini üzərinə çəkib.
Üstəlik, məhz bu replikadan iki gün keçmiş Vaşinqton Hilton Oteldə məlum olay yaşanıb.

SAMİRƏ

Chosen
38
50
baki-xeber.com

10Sources