EN

İranın BMT-dəki nümayəndəsi: ABŞ dəniz blokadasında piratlar kimi davranır

Bakı, 28 aprel, AZƏRTAC

ABŞ İrana qarşı dəniz blokadası tətbiq etməklə, o cümlədən ticarət gəmilərini ələ keçirməklə və heyət üzvlərini saxlamaqla faktiki olaraq piratlar kimi davranır.

AZƏRTAC xəbər verir ki, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

O, jurnalistlərə açıqlamasında deyib: “ABŞ sözdə dəniz blokadası qurub və beynəlxalq sularda İranın ticarət gəmilərini ələ keçirmək, onların heyət üzvlərini saxlamaq da daxil olmaqla qanunsuz hərəkətlərlə məşğul olur. Bu hərəkətlər piratçılıq və girov götürmə kimi qiymətləndirilə bilər”.

Daimi nümayəndə, həmçinin qeyd edib ki, Tehranın Hörmüz boğazındakı fəaliyyəti “İranın dəniz hüququ və milli qanunvericiliyi çərçivəsində hüquq və öhdəliklərinə əsaslanır”.

Chosen
13
8
azertag.az

10Sources