EN

Rumıniya və ABŞ PUA sahəsində əməkdaşlıq barədə razılığa gəlib

BAKI, 28 aprel. TELEQRAF

Rumıniyanın müdafiə naziri Radu Miruta və ABŞ-nin quru qoşunları naziri Daniel Driscoll pilotsuz uçuş aparatları (PUA) və onlara qarşı mübarizə sistemləri sahəsində əməkdaşlıq haqqında sənəd imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirin sözlərinə görə, Rumıniya Böyük Britaniyadan sonra dünyada ikinci ölkə olacaq ki, ABŞ-nin “Counter-UAS Marketplace” platformasına real vaxt rejimində çıxış əldə edəcək.

Qeyd olunub ki, bu platforma pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində 1,6 mindən çox həll yolunu əhatə edən müasir rəqəmsal alətdir və satınalma, həmçinin operativ reaksiya müddətini əhəmiyyətli dərəcədə azaldır.

Radu Miruță əlavə edib ki, mürəkkəb iqtisadi şəraitə baxmayaraq, Rumıniya müttəfiqlər qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq müdafiə büdcəsini artırıb.

Səfər çərçivəsində Daniel Driscoll Rumıniya Prezidenti Nicușor Dan və Baş Qərargah rəisi Georgitsa Vlad ilə də görüş keçirib.

Chosen
46
37
teleqraf.com

10Sources