EN

Trampdan Kimmelın “dul” zarafatına SƏRT CAVAB: Dərhal işdən qovulsun! – VİDEO

Tramp Cimmi Kimmelın dərhal işdən qovulmasını tələb etdi: Melaniya haqqındakı “gələcəyin dul qadını” zarafatı

İnterpress.az xəbər verir ki, bu barədə “Donald Tramp” məlumat yayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp teleaparıcı Cimmi Kimmelı sərt şəkildə tənqid edərək onun dərhal işdən qovulmasını tələb edib. Buna səbəb Kimmelın öz eskizlərinin birində Melaniya Trampı “gələcəyin dul qadını” adlandırması olub.

Bu zarafat Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma hadisəsindən bir neçə gün əvvəl səsləndirilib.

“Kimmelın şiddətə çağıran bu iyrənc çıxışına insanların çoxunun qəzəblənməsini qiymətləndirirəm. Normalda onun söylədiklərinə reaksiya verməzdim, lakin bu artıq bütün hüdudları aşır. Cimmi Kimmel dərhal “Disney” və “ABC” tərəfindən işdən çıxarılmalıdır”, – deyə Tramp bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
211
interpress.az

1Sources