ABŞ lideri Donald Trampa qarşı sui-qəsd cəhdi onun sistemli şəkildə "şeytanlaşdırılması" (mənfi obrazının yaradılması) ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib.
"Hazırkı siyasi zorakılıq Trampın sistemli şəkildə şeytanlaşdırılması, eləcə də şərhçilər və bəli, Demokrat Partiyasının seçilmiş üzvləri və hətta bəzi media orqanları tərəfindən onun tərəfdarlarının sistemli şəkildə şeytanlaşdırılması ilə idarə olunur",— deyə Levitt vurğulayıb.
O əlavə edib ki, ABŞ prezidentinin siyasi rəqiblərinin istifadə etdiyi ritorika bu cür halların baş verməsinə şərait yaradır.
Bizim.Media