EN

ÇL: PSJ və “Barselona” yarımfinala yüksəldi

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirildi.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” PSJ-ni məğlub etməyi bacarsa da iki oyunun nəticəsinə, əsasən, fransızlar növbəti mərhələyə adlayan tərəf olub.

Günün digər matçında isə Dortmund “Borussiya”sı “Barselona” ilə üz-üzə gəlib. Bu matçda da almanların qələbəsi yarımfinala adlamaq üçün yetərli olmayıb.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi

15 aprel

Aston Villa – PSJ 3:2

Qollar: Y.Tilemans, 34, C.Makgin, 55, E.Konsa, 57 – A.Hakimi, 11, N.Mendeş, 28

İlk oyun 1:3

Borussiya Dortmund – Barselona 3:1

Qollar: S.Girassi, 11 (pen.), 49, 76 – R.Bensebaini, 54 (avtoqol)

İlk oyun 0:4

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
6
futbolpress.az

10Sources