EN

Bəh bəhlə yeyilir Amma, beynin düşmənidir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Hətta sağlam qidalanan insanlar belə gündəlik rasionlarındakı kiçik bir səhv ucbatından diqqət dağınıqlığı ilə üzləşə bilərlər. Avstraliyalı alimlərin apardığı son araşdırmalar göstərir ki, müəyyən növ qidalar beyin fəaliyyətinə birbaşa mənfi təsir göstərir.Demokrat.az xəbər verir ki, Monaş Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatın nəticələri "Alzheimer’s & Dementia" jurnalında dərc olunub. Araşdırmada iştirak edən 2100-dən çox şəxsin qidalanma vərdişləri analiz edildikdə məlum olub ki, ultra-işlənmiş məhsulların miqdarı artdıqca insanların diqqəti cəmləmə qabiliyyəti zəifləyir. Xüsusilə sənaye üsulu ilə hazırlanan, tərkibində dadlandırıcılar və stabilizatorlar olan qidalar informasiyanı emal etmə sürətini aşağı salır.Alimlərin qənaətinə görə, gündəlik rasionda bu növ qidaların payının cəmi 10 faiz artması belə beynin funksional imkanlarını nəzərəçarpan dərəcədə pisləşdirir.Qeyd edək ki, ultra-işlənmiş qidalara şirin qazlı içkilər, çipslər, fast-fud və hazır dondurulmuş yeməklər daxildir. Maraqlıdır ki, bu məhsulların zərəri ümumi qidalanma rejimi sağlam olsa belə özünü büruzə verir. Tədqiqatçılar yaddaş itkisi ilə bu qidalar arasında birbaşa əlaqə tapmasalar da, diqqətin azalmasının öyrənmə və gündəlik qərarların verilməsi prosesində ciddi maneələr yaratdığını vurğulayırlar.Yəni, tərkibində kimyəvi qatqılar olan zavod istehsalı qidalar beynin sürətli düşünməsinə və diqqəti bir yerə cəmləməsinə mane olur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
15
demokrat.az

9Sources