EN

Böyük Britaniyada insanların sağlam yaşadığı illər azalır

Böyük Britaniyada insanlar əvvəlki illərlə müqayisədə daha az yaşayırlar. Yeni araşdırmaya görə, ölkənin sağlamlıq vəziyyəti pisləşir. Son 10 ildə sağlam həyat müddəti azalıb.

“The Guardian” qəzetinin məlumatına görə, kişilər üçün bu göstərici təxminən 63 ildən 61 ilə düşüb. Qadınlarda isə 64 ildən 61 ilə enib. Digər inkişaf etmiş ölkələrdə isə əksinə, sağlam həyat müddəti artıb. Məsələn, Yaponiya, Norveç və İspaniya kimi ölkələrdə vəziyyət yaxşılaşıb.

Mütəxəssislər qeyd ediblər ki, bunun əsas səbəbləri piylənmə, psixoloji problemlər və xroniki xəstəliklərin artmasıdır. Həmçinin yoxsul və varlı insanlar arasında sağlamlıq fərqi də böyüyür. 

Araşdırmaya görə, insanların çoxu pensiya yaşına çatmamış xəstəliklərlə üzləşir. Hökumət bu vəziyyəti “narahatedici” adlandırıb və sağlamlığı yaxşılaşdırmaq üçün tədbirlər görəcəyini bildirib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

7Sources