Ajans.az xəbər verir ki, hadisə sanatoriyada qeydə alınıb. Belə ki, istirahət üçün gələn Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala əsasən, onun ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. (unikal)