EN

Almaniya kanslerindən ABŞ-yə sərt tənqid: “İran Vaşinqtonu alçaltdı”

Almaniya kansleri Fridrix Merz ABŞ-nin İran siyasətini kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə WSJ məlumat yayıb. Nəşrin xəbərinə görə, kansler bildirib ki, Iran gözləniləndən daha güclü çıxıb və ABŞ bu qarşıdurmada ciddi strateji səhvlərə yol verib. Onun sözlərinə görə, Vaşinqton “tamamilə lazımsız” müharibəyə aydın plan və çıxış strategiyası olmadan başlayıb.

Merz qeyd edib ki, Tehran danışıqları peşəkar şəkildə aparır və hətta Hörmüz ətrafında vəziyyəti gərginləşdirərək qlobal enerji bazarlarına təsir göstərir. Kanslerin fikrincə, ABŞ-nin addımları dünya enerji təhlükəsizliyinə ciddi zərbə vurur.

Almaniya hökumət başçısı vurğulayıb ki, yaranmış böhranın nəticələri ilə effektiv mübarizə aparmaq üçün yalnız vahid və koordinasiyalı Avropa mövqeyi çıxış yolu ola bilər.

 

Musavat.com

Chosen
35
42
musavat.com

10Sources