EN

Azərbaycanın U-17 millisi Qazaxıstan yığmasına qalib gəlib

Bakı, 27 aprel, AZƏRTAC

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Chosen
17
12
azertag.az

10Sources