EN

"İran təslim olmayacaq, təzyiqlərə qarşı müqavimət davam edəcək" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin mövqeyi ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı səsləndirib.

Bildirilib ki, Əraqçi İranın İsrail və ABŞ tərəfindən yönəldilən təzyiqlərə qarşı dayandığını vurğulayıb.

Qeyd olunub ki, nazir İran xalqının birliyi, cəsarəti və müqaviməti sayəsində bu təzyiqlərə tab gətirdiyini bildirib.

Məlumata görə, o, İranın heç bir halda təslim olmayacağını və bu mövqeyini davam etdirəcəyini qeyd edib.

Bildirilib ki, Əraqçi ölkəsinin gələcəkdə də eyni prinsipial mövqeni qoruyacağını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
15
50
redaktor.az

10Sources