EN

Barın qarşısında dəhşət: Tanışlıqdan imtina edən qızı vəhşicəsinə döydü

Rusiyanın Voronej şəhərində tanışlıq təklifinə "yox" cavabı alan şəxs gənc qıza qarşı ağlasığmaz qəddarlıq nümayiş etdirib.

Publika.az xəbər verir ki, bu barədə "Moy i tvoy Voronej" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Kropotkin küçəsindəki karaoke-barlardan birinin qarşısında baş verib. Məlumata görə, bir neçə qız məkanda əylənərkən yan masadakı üç naməlum şəxsdən biri onlara yaxınlaşaraq tanış olmaq istəyib. Lakin qızlardan qəti imtina cavabı alıb.

Məkan bağlandıqdan sonra tərəflər çöldə yenidən qarşılaşıblar. Bu zaman həmin şəxs qızları təhqir etməyə başlayıb və ardınca onlardan birinə əvvəlcə şillə vurub, daha sonra isə yumruqla zərbə endirib. Zərbənin gücündən qız asfaltın üzərinə yıxılsa da, qəzəbli kişi dayanmayıb və onu təpikləməyə başlayıb.

Chosen
48
publika.az

1Sources