AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 27 aprel, AZƏRTAC
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib.
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq.
Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib.
Mərkəzi Seçki Komissiyasına sədr, müavin və katiblər seçilib.
Azərbaycan Efiopiya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək.
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək.
Azərbaycanın bir sıra şəhərlərində WUF13 Festivalının keçiriləcəyi məkanlar açıqlanıb.
Qafqaz Müsəlmanlar İdarəsi Eçmiədzin Kilsəsinin iddialarına dair bəyanat yayıb.
Ağdərədə “Prezident Kuboku” beynəlxalq reqatasına start verilib.
Rusiya-Ukrayna cəbhəsində gərginlik artıb.
Qarşıdakı günlərdə bəzi yerlərdə hava yağıntılı olacaq, çaylarda sululuq artacaq.