EN

Balotelli İtaliyanın mundialdan kənarda qalmasının səbəbini belə izah etdi

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli yığmanın DÇ-2026-dan kənarda qalmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Nikolo Skira belə çatdırıb:

"İtaliyasız ardıcıl üçüncü dünya çempionatı?Mənim yığmaya olan bağlılığımı indiki futbolçuların əksəriyyətində görmürəm. İndiki gənclər futbol yox, telefonla oynamağı sevirlər. Elə buna görə də yeni istedadlar tapmaq, onların inkişafına çalışmaq asan iş deyil.

İtaliya millisi dünya çempionatına vəsiqə uğrunda pley-offda Bosniya və Herseqovinaya məğlub olaraq (1:1, penaltilər: 1:4) ardıcıl 3-cü dəfə mundiala yollana bilməyib.

Toğrul

Chosen
55
fanat.az

1Sources