EN

Bakıda “Chevrolet” işıq dirəyinə çırpıldı, sürücüsü yaralandı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli məlumat verib.

Bildirilib ki, qəza aprelin 27-də saat 07:30 radələrində Zığ–Hövsan şossesində baş verib. Hərəkətdə olan 90-YC-143 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, hadisəyə avtomobilin təkərində yaranan texniki nasazlıq səbəb olub. Qəza nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb, nəqliyyat vasitəsinə isə maddi ziyan dəyib. İşıq dirəyi yararsız vəziyyətə düşüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
84
avtosfer.az

1Sources