EN

2 ay əvvəl evlənən qazi qəzada həyatını itirdi – FOTO

Xəbər verdiyimiz kimi, Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Həmzə Pənah oğlu Mirseyidzadə həyatını itirib.

Bizim.Media “qafqazinfo.az”a istinadla H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. 

O, 2 ay əvvəl ailə həyatı qurubmuş.
 

Qeyd edək ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi “QAZ-66” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.


Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Chosen
12
19
bizim.media

10Sources