EN

50 manatlıq sığortaya bunlar daxildir - SİYAHI

Azərbaycanda dövlət əmlakının icbari sığortası üzrə sığorta haqlarının hesablanmasında vahid metodoloji yanaşma bütün hallarda tətbiq edilməyib.

Bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.Sənədə əsasən, Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası"nda nəzərdə tutulan əsas göstəricilər – maliyyə göstəriciləri, risk amilləri və əmlakın təyinatı sığorta haqlarının hesablanması zamanı bəzi hallarda vahid qaydada tətbiq olunmayıb.

Təhlil zamanı müəyyən edilib ki, bəzi təşkilatlar üzrə yüksək azadolma məbləği müəyyənləşdirilib.Bu isə sığorta hadisəsi baş verdiyi halda zərərin bir hissəsinin qarşılanmaması riskini yaradıb.

Qeyd olunub ki, icbari sığorta üzrə bərpa dəyərlərinin və sığorta haqlarının hesablanmasında metodoloji uyğunsuzluqların mövcudluğu, eləcə də yüksək azadolma məbləğlərinin tətbiqi dövlət əmlakının tam sığortalanmasını məhdudlaşdırıb.

Maraqlıdır, hansı hallarda sığorta şirkəti əmlaka dəyən zərəri tam və ya qismən ödəyir?

Eləcə də hansı hallarda sığorta şirkəti ödənişdən imtina edə bilər?

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktorunun müavini Turanə Axundova “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirib ki, daşınmaz əmlakın icbari sığortası əsasən yanğın, partlayış, qaz sızması, subasma kimi hadisələri əhatə edir. 

“Əlavə olaraq zəlzələ, sel, torpaq sürüşməsi, güclü külək kimi təbii fəlakətlər də sığorta təminatına daxildir. Bu sığorta daşınmaz əmlakın konstruktiv hissələrini, yəni divarları, tavanı, döşəməni, daimi quraşdırılmış elementləri əhatə edir. Lakin daşınmaz əmlakın içindəki mebel, məişət texnikaları və s kimi daşınar əmlakları bu sığortanın təminat dairəsinə daxil deyil.

Sığorta şirkəti o halda ödəniş edir ki, hadisə müqavilədə göstərilən risklər nəticəsində baş vermiş olsun. Müvafiq qurum rəsmi qaydada bu hadisəni sənədləşdirib təsdiq etsin ki, hadisə müqavilədə qeyd olunan risklərdən biri üzrə baş verib. Məhz bu halda sığorta şirkəti ödənişi həyata keçirəcəkdir.

Amma zərər qəsdlə törədilibsə və ya aşınma, köhnəlmə nəticəsində yaranıbsa bu hallara sığorta təminatı verilmir və sığorta ödənişi edilmir”.

Turanə Axundova qeyd edir ki, kompensasiya məbləği, yəni sığorta ödənişi sığorta müqaviləsi üzrə müəyyən olunmuş maksimum məbləği keçməmək şərtilə qarşılanır:

“Burada faktiki zərər müstəqil ekspert tərəfindən qiymətləndirilir və həmin qiymətləndirilmiş zərər məbləğindən azadolma məbləği çıxılmaqla zərər məbləği zərərçəkmişə ödənilir”.

Chosen
57
1
cebheinfo.az

2Sources