EN

"Qalatasaray"da derbidə qələbəyə görə fantastik mükafat

İstanbul derbisində "Fənərbağça"nı darmadağın edən (3:0) "Qalatasaray" klubuna 5 milyon avro mükafat veriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

Məlumata görə, vacib oyundan sonra "Qalatasaray"ın prezidenti Dursun Özbek soyunub-geyinmə otağına gedərək oyunçulara təşəkkür edib və qələbəyə görə 5 milyon avro bonus veriləcəyini açıqlayıb.

"Qalatasaray"ın baş məşqçi Okan Burukla müqaviləni daha iki il müddətinə uzadacağı da gözlənilir.

"Anadolu" agentliyinin məlumatına görə, klub prezidenti seçkidə qalib gələrsə, türkiyəli mütəxəssislə yeni anlaşmaya imza atmağı planlaşdırıb. Dursun Özbek hələlik klub prezidentliyinə yeganə namizəddir.

Qeyd edək ki, Türkiyə Superliqasında sona 3 tur qalmış ən yaxın rəqibi "Fənərbağça"nı 7 xal qabaqlayan "sarı-qırmızılar" çempionluğun bir addımlığındadırlar.

"Cebheinfo.az"

Chosen
28
15
cebheinfo.az

9Sources