EN

Kirayə pulundan vergi tutulanda kommunal xərclər nəzərə alınır?

Mən fiziki şəxs olaraq mənzilimi yerli fiziki şəxsə, kommunal ödənişlər daxil olmaqla, 600 manata kirayəyə vermişəm. Bilmək istəyirəm ki, ödəmə mənbəyindən vergi hesablanarkən 10% vergi həmin məbləğdən birbaşa hesablanır, yoxsa kommunal xərclər çıxıldıqdan sonra hesablanır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Chosen
2
5
azpost.info

6Sources