EN

Azərbaycan Çində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur (FOTO)

Bakı.Trend:

Çin Xalq Respublikasının Çendu şəhərində 8-ci BeynəlxalqTəchizat Zənciri və Liman Logistikası sərgisi təşkil edilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, tədbirdə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin nümayəndə heyəti də təmsil olunur. Sərginin açılışmərasimində Azərbaycan ilə Çin arasında imzalanmış mühüm sənədlər,strateji tərəfdaşlığın inkişaf dinamikası barədə məlumat verilib.Eyni zamanda nəqliyyat və logistika sahəsində mövcud olan sıxəməkdaşlıq xüsusi vurğulanıb.

Nümayəndə heyətimiz, həmçinin sərgi çərçivəsində keçirilən 10-cuAsiya – Avropa Multimodal Nəqliyyatın İnkişafı Konfransında iştirakedib. Toplantıda Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalqnəqliyyat dəhlizlərində, xüsusilə Orta Dəhlizdə rolu və həyatakeçirilən infrastruktur layihələri barədə məlumat verilib.

Sərgidə Azərbaycanın nəqliyyat-logistika potensialını əksetdirən stend təqdim olunur.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
47
4
az.trend.az

6Sources