EN

Moskva Berlinə etirazını bildirib

Moskva, 27 aprel, AZƏRTAC

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Rusiya XİN-ə çağırılıb və ona Moskvanın qəti etirazı bildirilib.

AZƏRTAC Rusiya XİN-ə istinadla xəbər verir ki, səfirin çağırılması səbəbi Kiyevdə Bundestaqın deputatı Roderix Kizevetterin Rusiyanın terror təşkilatı elan etdiyi “İçkeriya Çeçen Respublikası”nın rəhbəri Axmed Zakayev ilə görüş keçirməsi olub.

Qeyd olunur ki, Rusiya tərəfi Almaniyaya hakimiyyət nümayəndələrinin terror strukturları ilə əlaqəli olan şəxslərlə təmaslarının yolverilməz olduğu barədə xəbərdarlıq edib və vurğulayıb ki, bu cür hərəkətlər düşmənçilik kimi qiymətləndirir, həmçinin cavabsız qalmayacaq.

TASS agentliyinin məlumatına görə, Aleksander Lambsdorf RF XİN-də təqribən 40 dəqiqə olub və binanı mətbuata şərh vermədən tərk edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
8
6
azertag.az

7Sources