EN

Xarici diplomatlar Xankəndi ilə tanış oldular (FOTO)

Xankəndi. Trend:

Aprelin 27-də Almaniya Federativ Respublikasının Azərbaycandakısəfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərəgörə, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçiriləngenişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumatverilib.

Bildirilib ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasirşəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcılşəkildə davam etdirilir.

Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkündüşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur.

Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyatakeçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davametdirilir.

Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı vəQarabağ Universitetində olublar.

Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçünyaradılan şəraitlə də maraqlanıblar.

Xarici
Xarici
Xarici
Xarici
Xarici
Xarici
Məqalədə:
Chosen
53
8
az.trend.az

10Sources