Azərbaycanda aprelin 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.