EN

Xaraba qalan BƏY MÜLKLƏRİ -VİDEO/FOTO

“Baku TV”nin “Kəndinə qayıt” verilişinin növbəti buraxılışı Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinə həsr olunub.

Verilişin müəllifi və aparıcısı Kəmalə Bədəlova kəndin tarixi məkanlarına baş çəkilib, yerli sakinlərlə həmsöhbət olub.

Kənd sakini Asif Qasımov qədim bəy evləri barədə məlumat verib. Bildirilib ki, hazırda qəzalı vəziyyətdə olan bu evlər kəndin mühüm tarixi abidələrindən biridir. Sözügedən evlərin Nəsibbəy Yusifbəyliyə və ailəsinə mənsub olduğu vurğulanıb.

Kənd sakininin sözlərinə görə, bu tikililər vaxtilə həm yaşayış evi, həm də məktəb və uşaq evi kimi istifadə edilib.

Verilişdə xarabalığa çevrilən bu tarixi evlərin bərpa olunmasının, qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Daha ətraflı videosüjetdə:

Chosen
16
musavat.com

1Sources