EN

Xoşqədəmlə Elgiz yeni verilişlə efirə qayıdırlar

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Bir müddət əvvəl tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin ARB-də yayımlanan "Səni axtarıram" və "Elgizlə izlə" proqramları bağlansa da, onların telekanalla əməkdaşlığı davam edir.

Bakupost.az Kontekst.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər hazırda birlikdə yeni proqram üzərində işləyirlər.

Mənbənin verdiyi məlumata görə, yeni verilişin məzmunu və aparıcısının kim olacağı hələlik gizli saxlanılır. Lakin bəlli səbəbdən adı çəkilən aparıcılar özləri efirə çıxmayacaqlar. Onlardan biri yeni layihənin rəhbəri, digəri isə rejissoru kimi çalışacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
50
www.bakupost.az

10Sources