EN

Enerji təhlükəsizliyi COP31 iqlim danışıqlarından öncə əsas mövzuya çevrilib

Almaniyanın Berlin şəhərində keçirilən Petersberg İqlim Dialoqu COP31 iqlim konfransına hazırlıq çərçivəsində bu ilki ilk mühüm görüşlərdən biri olub. Görüşlərdə əsas müzakirə mövzusu enerji bazarlarında qeyri-sabitlikdən iqtisadiyyatları necə qorumaq və enerji təhlükəsizliyini gücləndirmək olub. Rəsmilər iqlim siyasətini artıq təkcə ekoloji məsələ kimi yox, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirməyə başlayıblar.

QHT.az xarici mediaya istinadən bildirir ki, müzakirələrdə xüsusilə təmiz enerji mənbələrinin ölkələrin enerji təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb. İştirakçılar qeyd ediblər ki, bəzi ölkələr əvvəllər iqlim keçidinə o qədər də önəm verməsə də, indi onu iqtisadi sabitlik və təhlükəsizlik üçün əsas şərt kimi görürlər.

E3G beyin mərkəzinin iqlim diplomatiyası və geosiyasət üzrə mütəxəssisi Cosima Cassel bildirib ki, hazırda bütün tərəflərin diqqətində enerji təhlükəsizliyi dayanır və təmiz enerji keçidi bu prosesdə əsas rol oynayır. Onun sözlərinə görə, bəzi aktorlar artıq enerji keçidinin onların təhlükəsizliyi və rifahı üçün vacib olduğunu açıq şəkildə qəbul edirlər.

Fatimə Nəbiyeva

Chosen
51
qht.az

1Sources