EN

Beynəlxalq Yer Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Kaspi Liseyinin Ağ Şəhər korpusunda Beynəlxalq Yer Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbir çərçivəsində şagirdlərin hazırladığı “Ekoloji təmiz şəhər” layihəsi nümayiş olunub.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Gülnarə Məmmədova tərəfindən şagirdlərə lisey ərazisində yerləşdirilmiş bitkilərə düzgün qulluq qaydaları izah olunub, eyni zamanda Azərbaycanın meşələri, nadir və endemik növlərin qorunması, meşələrin iqlimə və insan həyatına təsiri barədə ətraflı məlumat verilib.


Tədbirin məqsədi şagirdlərdə ekoloji məsuliyyətin artırılması, məktəb mühitinin yaşıllaşdırılması və gənclərin sosial təşəbbüslərə cəlb olunmasıdır.

Chosen
65
ekologiya.az

1Sources