EN

Tovuzda bu kəndə gələn geri dönmür

Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Tovuz rayonu ərazisində yerləşən Yuxarı Öysüzlü kəndinə səfər edilib.

Publika.az xəbər verir ki, Yuxarı Öysüzlü kəndi Tovuzun ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. Vaxtilə 6-7 min nəfər əhalisi olan kənddə son illərdə artım müşahidə olunub və əhali sayı 8 mini keçib. Kənd həm geniş ərazisi, həm də zəhmətkeş insanları ilə seçilir.

Veriliş çərçivəsində kənd sakinləri ilə həmsöhbət olunub, onların gündəlik həyatı, sosial problemləri və kəndə bağlılıqları barədə fikirləri öyrənilib. Sakinlər əsas problemlərdən birinin içməli su çatışmazlığı olduğunu bildiriblər.

Kənd sakini Etibar bəyin sözlərinə görə, su xətləri çəkilsə də, hələ də istifadəyə verilməyib:

“Bulaqlar tikilib, xətlər çəkilib, amma su verən yoxdur. Yay gəlir, ən böyük dərdimiz sudur”.

Chosen
54
5
publika.az

6Sources