EN

Sabirabadda vətəndaşlar sosial sahədə görülən işlər barədə məlumatlandırılıblar

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti ictimai dinləməni Sabirabad rayonunda təşkil edib.

Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, rayon ictimaiyyəti, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə əvvəlcə fondun fəaliyyət istiqamətləri barədə məlumat verilib. Sonra əlilliyi olan şəxslərin sosial təminat hüquqları, onlara təyin olunan sosial ödəniş növləri və bu ödəniş növlərinin təyinat qaydaları diqqətə çatdırılıb.

Görüşdə vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən də bəhs edilib. Daha sonra pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlar olub. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi, təyinat şərtləri barədə məlumat verilib.

Qeyd edək ki, dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və vətəndaşlarla belə görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
azertag.az

1Sources