EN

“Putin vaxt uzadır” “Ukraynanın yeganə zəmanəti budur...”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Sadəcə olaraq Putinin fikrini dəyişdiyini görmürəm. Bir neçə ay ərzində nikbin idim və bunun üzərində işləyirdim, amma sonda bu, klassik bir rus vaxt uzatmaq taktikası oldu".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb son çıxışında deyib.

Stubb əvvəllər Ukraynaya dair sülh müqaviləsi ilə bağlı nikbin olduğunu etiraf etsə də, indi fikrini dəyişib. Çıxışında o, Vladimir Putinin hər hansı bir güzəştə getməyə hazır olduğuna dair heç bir əlamət görmədəyini qeyd edib.

Ukrayna üçün NATO təhlükəsizlik zəmanətləri ilə bağlı suala cavab olaraq Stubb deyib ki, hazırda yalnız Ukrayna ordusu Ukraynanın ən etibarlı zəmanətidir: "Hesab edirəm ki, Ukraynanın hazırda sahib olduğu ən etibarlı təhlükəsizlik qarantiyası onun 800.000 yaxşı silahlanmış əsgəri və digər NATO üzv dövlətlərindən fərqli olaraq müasir müharibə aparmaq qabiliyyətidir".

Finlandiya Prezidenti vəziyyətin mahiyyətcə dəyişdiyini deyib və əlavə edib: "Avropalılar Ukraynanın bizə ehtiyac duyduğundan daha çox onların Ukraynaya ehtiyac duyduqlarını başa düşməlidirlər".

Qeyd edək ki, bu günlərdə Azərbaycana səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün ABŞ və Rusiya ilə üçtərəfli danışıqlara hazır olduğunu və belə bir görüşün Azərbaycanda baş tuta biləcəyini deyib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
azpolitika.info

1Sources