EN

“Araz” supermarketlər şəbəkəsi “Amedia” platformasını təqdim edib

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi tərəfdaşları üçün yeni nəsil media platforması - “Amedia”nın təqdimatını keçirib.

Publika.az xəbər verir ki, platforma “Footprints AI” ilə əməkdaşlıq çərçivəsində qurularaq müştəri davranışlarının daha dəqiq analizi və fərdiləşdirilmiş marketinq yanaşmalarının tətbiqinə imkan yaradır.

“Amedia” reklamverənlər üçün çoxkanallı yanaşma təqdim edərək mağazadaxili media (rəqəmsal ekranlar, daxili radio və s.), rəqəmsal media (mobil tətbiq, veb-sayt, sosial media), ənənəvi kanalları (e-mail, sms və s.) vahid platformada birləşdirir. Bu yanaşma brendlərə düzgün hədəf auditoriyaya doğru zamanda və uyğun kanalda çatmaq imkanı verir.

“Amedia” kampaniyaların planlaşdırılması, icrası və ölçülməsini tam şəkildə əhatə edir. Reklamverənlər auditoriya seçimi, büdcə planlaşdırılması və məhsul səviyyəsində hədəfləmə ilə yanaşı, kampaniyaların nəticələrini real vaxt rejimində izləyə bilirlər. Kampaniyaların satışa təsiri, əlavə satışlar və reklam xərclərinin gəlirliliyi kimi göstəricilər süni intellekt vasitəsilə dəqiqliklə ölçülür.

Chosen
29
3
publika.az

4Sources