EN

Azərbaycan və Efiopiya arasında müdafiə sazişi ratifikasiya edildi

Bakı. Trend:

Milli Məclis Azərbaycan və Efiopiya arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Saziş ratifikasiya edib.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə EfiopiyaFederativ Demokratik Respublikası Hökuməti arasında müdafiəsahəsində əməkdaşlıq haqqında” Saziş 2026-cı il 27 fevral tarixindəBakı şəhərində imzalanıb.

Sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsindəəməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsindəəməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyini nəzərəalaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbitəhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı vəhumanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texnikiəməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək vəmöhkəmləndirməkdir.

Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzargörüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar,məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərindəiştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdətutulur.

Sazişin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətliorqan hər iki ölkənin Müdafiə Nazirliyidir.

Sazişdə həmçinin maliyyə məsələləri, məlumatların mübadiləsi,mühafizəsi, intizam prosedurları fövqəladə hallar və digər mühümistiqamətlərə və məsələlərə dair müddəalar da əks olunub.

Sazişin digər müddəaları onun qüvvəyə minməsinə dair zəruridövlətdaxili prosedurları, Sazişin ləğvi və digər məsələləritənzimləyir.

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya FederativDemokratik Respublikası Hökuməti arasında müdafiə sahəsindəəməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsimüzakirələrdən sonra səsverməyə çıxarılaraq biroxunuşda qəbul edilib.

Chosen
21
6
az.trend.az

7Sources