Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Somali sahillərində yük gəmisinin qaçırılması barədə məlumat verib. Bu barədə Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir.
"UKMTO Somalinin Qarakad şəhərindən 11 km şimal-şərqdə 6 dəniz mili (11 km) məsafədə baş verən hadisə barədə məlumat alıb. Naməlum hücumçular yük gəmisini qaçırıblar və gəmi məhəlli sularına yönəldilib", - təşkilat sosial media səhifəsində bildirib.
Gəminin heyətinin vəziyyəti barədə heç bir məlumat yoxdur.
Almaz Həsənli