EN

“Türkiyə nəzarət altına alınmalı və zəiflədilməlidir” - İsrailli diplomat

"Türkiyə zəiflədilməlidir, çünki güclü və müstəqildir”.

Missiya.Az xəbər verir ki, bunu İsrailli diplomat və Yeni Yaxın Şərq lahiyəsinin müəllifi Daniel Levi deyib.

O bildirib ki, Türkiyə İsrail üçün ən böyük yeni çağırış və təhdiddir. İqtisadiyyatı, hərbi gücü, xarici siyasəti və müsəlman dünyasında artan nüfuzu səbəbindən Türkiyə İsrailin böyüməsi lahiyəsinə potensial maneədir:

“İsrailin növbəti məqsədlərindən biri Türkiyəni təcrid edən və ya zəiflədən bir konfiqurasiya yaratmaqdır. İran və digər təcili təhdidlərlə işləri bitirdikdən sonra regional nizamda nəzarət altına alınmalı və ya zəiflədilməli olan ölkə Türkiyə olacaq. Bu açıq faktdır. Türkiyə məsələsini İsrail nə yolnan olursa olsun həll etməlidir. Lakin problem odur ki, Türkiyə Avropa üçün vacib ölkədir və ABŞ müttəfiqidir, NATO-nun aparıcı üzvüdür. Buna baxmayaraq hesab edirəm ki, İsrail ya diplomatik, ya da başqa yollarla Türkiyə məsələsinə baxmalıdır", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
25
missiya.az

1Sources