Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ administrasiyası Vaşinqtondakı “Washington Hilton” hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda maksimum təhlükəsizlik səviyyəsini təmin etməyib.Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, adətən ABŞ Prezidenti və Nazirlər Kabinetinin üzvlərinin iştirak etdiyi tədbirlər xüsusi əhəmiyyətli hadisələr kateqoriyasına aid edilir və onlara müvafiq təhlükəsizlik statusu verilir. Lakin “Washington Hilton” hotelində keçirilən qəbula federal resursların tam həcmdə cəlb edilməsinə imkan verən ən yüksək təhlükəsizlik statusu verilməyib.
Mənbələrin sözlərinə görə, administrasiya tədbirdə yüksəkvəzifəli rəsmilərin iştirak etdiyi digər toplantılarla müqayisədə daha aşağı səviyyəli təhlükəsizlik tədbirləri görüb. Bu isə ölkəni “qeyri-adi dərəcədə həssas vəziyyətə” salıb.Tədbirdə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla yanaşı, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqon rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel, eləcə də digər nazirlər və administrasiyanın yüksək rütbəli nümayəndələri iştirak ediblər.“The Washington Post”un məlumatına görə, silahlı şəxs təhlükəsizlik perimetrini keçməyə və ziyafət zalına çatmağa cəhd edib, lakin qısa müddətdə saxlanılıb. Gizli Xidmət zalın və onun yaxın ətrafının mühafizəsini təmin etsə də, tədbirə Milli Xüsusi Təhlükəsizlik Tədbiri statusu verilmədiyi üçün bütün federal imkanlar işə salınmayıb. Hadisədən sonra ABŞ hüquq-mühafizə orqanları tədbirin təhlükəsizlik mexanizmlərini yenidən qiymətləndirməyə başlayıblar. Mütəxəssislər silahlı şəxsin prezidentin, kabinet üzvlərinin və qanunvericilərin iştirak etdiyi tədbirə bu qədər yaxınlaşa bilməsinin ciddi suallar doğurduğunu bildirirlər. Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.