EN

Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kimin vecinə olmur Məleykə Abbaszadə

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Repititor və ekspertlər biznes maraqlarına görə etirazlar yaradır.

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib. 

Bildirib ki, otuz il ərzində proqramda olmayan bir məsələ göstərə bilməyiblər. 

Onun sözlərinə görə, repititor və ekspertlər biznes maraqlarına görə etirazlar yaradır: 

"Doqquzuncu sinfə qədər uşağın nə işlə məşğul olduğu heç kimin vecinə olmur. Sonra isə repititor və kursların biznes maraqları işə düşür. 

Buraxılış imtahanının martda keçirilməsinə müəllimlər, repititorlar etiraz edir. Deyirlər ki,  proqram tam bitməyib. Buraxılış imtahanında biz  proqramı yox, şagirdin oxuyub-anlama, keyfiyyətlərini yoxlayır. Qalan iki ayın mövzularını bu imtahana daxil etmirik. Amma repititorlar martda dərslər dayanmasın deyə belə narazılıqlar yaradır. Bu yeni imtahan modeli ilə bağlı gələn il yenə müxtəlif ekspert və repititorların narazılıqları başlayacaq. Biz gözləyirik".

Mina Mikayılova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
3
news.milli.az

4Sources