Rusiyanın Ukraynada hərbi itkiləri son aylarda kəskin artıb...
Poliqon xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb açıqlama verib.
O, döyüş meydanındakı vəziyyəti dəyərləndirib: "Ukraynada vəziyyət bir il əvvələ nisbətən nə qədər yaxşıdır? Son dörd ay ərzində - bu ağır sözlər üçün üzr istəyirəm - Ukrayna hər ay 30–35 min rus əsgərini öldürüb və ya yaralayıb".
Stubb qeyd edib ki, bu itkilərin təxminən 95%-i pilotsuz uçuş aparatlarının (dronların) istifadəsi ilə baş verir: "İtki nisbəti: bir öldürülən ukraynalıya qarşı beş öldürülən rus".
Qeyd olunur ki, Ukrayna dron bölmələrinin fəaliyyəti döyüşlərin nəticələrinə ciddi təsir göstərir.
Poliqon.info