EN

Azərbaycan mediası WUF13-də öz peşəkarlığını nümayiş etdirəcək -

“Həyata keçirilən quruculuq və abadlıq işləri Azərbaycanın reallıqlarını dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu, bizim hekayəmizdir və bu hekayəni beynəlxalq ictimaiyyətə Azərbaycan jurnalistləri çatdırmalıdır”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli səsləndirib. O qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr və bu istiqamətdə formalaşdırdığı yanaşma beynəlxalq ictimaiyyət üçün xüsusi maraq doğurur. Bildirilib ki, məlumatların keyfiyyətli, dəqiq və operativ şəkildə təqdim olunması əsas prioritetlərdən biridir.N.Məmmədli vurğulayıb ki, WUF13 kimi təşəbbüslər kommunikasiya mühitinin inkişafına və Azərbaycan mediasının daha da güclənməsinə xidmət edir:

“İnanıram ki, Azərbaycan mediası və kommunikasiya sahəsinin nümayəndələri bu prosesdə öz peşəkarlığını nümayiş etdirəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcəklər”.

Chosen
19
metbuat.az

1Sources