Rusiyalı milyarder Aleksey Mordaşova məxsus superyaxta faktiki olaraq gəmiçilik üçün bağlanmış marşruta baxmayaraq, Hörmüz boğazından maneəsiz keçə bilib...
Poliqon xəbər verir ki, bu barədə The Moscow Times yazır.
Vesselfinder və Marinetraffic xidmətlərinin məlumatına görə, uzunluğu 142 metr olan Nord yaxtası aprelin 24-də Dubaydan yola düşüb və artıq aprelin 25-nə keçən gecə Oman istiqamətində hərəkət edərək boğazı keçib.
NBC News-un məlumatına əsasən, həmin marşrutla daha bir neçə gəmi də hərəkət edib. Onların arasında ABŞ sanksiyaları altında olan tankerlər, yük gəmiləri (o cümlədən İran gəmisı) və sərnişin bərəsi də olub.
Bu həftə Aleksey Mordaşov Forbes-in versiyasına görə rusiyalı milyarderlər reytinqində 37 milyard dollarlıq sərvətlə birinci yeri tutub. Onun varidatı reytinq tarixində ilk dəfə 30 milyard dollar həddini keçib. Biznesmen ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.
Nord yaxtası Almaniyada tikilib və məhdudiyyətlər tətbiq edildikdən sonra Rusiyada yenidən qeydiyyata alınıb. Daha əvvəl İranın Moskvadakı səfiri bildirmişdi ki, Tehran rus gəmiləri üçün istisna tətbiq edərək onların Hörmüz boğazından rüsum ödəmədən keçməsinə icazə verib.
Poliqon.info