EN

İki avtomobilin arasında qalaraq öldü Foto

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Şorsulu kəndində “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı “Qazel”in yanında olan kənd sakini 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
19
qafqazinfo.az

10Sources