
Kolumbiyada Pan-Amerikan magistral yolunda baş verən bombalı hücum nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Kolumbiya Məhkəmə Tibbi Ekspertizası İnstitutu, Kauka bölgəsinin Kajibio şəhərindəki Pan-Amerikan şossesində baş verən partlayış nəticəsində ölənlərin sayının artdığını açıqlayıb.
Bəyanatda ölənlərdən beşinin uşaq olduğu və ümumi ölənlərin sayının 20, yaralıların isə 40-dan çoxunun olduğu bildirilib.
Kauka qubernatorluğu bombalı hücumda ölənlərin sayının artması ilə əlaqədar bölgədə üç günlük matəm elan edib.
İlahə Qənbərli
Missiya.Az