EN

Əlil şəxs məşhur ticarət mərkəzinin önündə yolu keçməkdə çətinlik çəkdi ŞİKAYƏT VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtda əlilliyi olan şəxslər üçün infrastrukturun yetərli səviyyədə olmaması ciddi narazılıq doğurur.

Avtosfer.az xəbər verir ki, paytaxt sakini sosial şəbəkə hesabından paylaşdığı görüntülərdə bildirib ki, hətta şəhərin mərkəzi ərazilərində belə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şərait yaradılmayıb. Onların sözlərinə görə, bəzi hallarda bu vəziyyət insanların evdən kənara çıxmasını çətinləşdirir və gündəlik həyatlarını məhdudlaşdırır.

Xüsusilə “Crescent Mall” yaxınlığında yerləşən yeraltı piyada keçidlərinin əlilliyi olan şəxslər üçün uyğun olmaması qeyd olunur. Neftçilər prospektindəki uyğunsuz şərait fiziki məhdudiyyətli şəslərin hərəkətinə ümumilikdə çətinlik yaradır və problemin həll yolları belə ümumiyyətlə təklif edilmir. Bildirilir ki, pandus və digər zəruri infrastrukturların olmaması səbəbindən onlar məcbur qalaraq təhlükəli magistral yollardan keçirlər.

Müşahidələr göstərir ki, həm yeraltı, həm də yerüstü piyada keçidlərinin bir çoxu fiziki məhdudiyyətli şəxslərin istifadəsinə uyğun layihələndirilməyib. Bu isə onların hərəkətini çətinləşdirməklə yanaşı, həyatlarını real təhlükə altına salır.

Mütəxəssislər hesab edirlər ki, şəhər infrastrukturunun inklüziv prinsiplər əsasında yenidən qurulması vacibdir. Qeyd olunur ki, pandusların quraşdırılması, liftlərin işlək vəziyyətdə saxlanılması və keçidlərin beynəlxalq standartlara uyğunlaşdırılması bu sahədə əsas prioritetlərdən biri olmalıdır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
avtosfer.az

1Sources