EN

İran Azərbaycanın sərhəd əməkdaşlığını alqışlayır

Bakı. Trend:

ABŞ, İsrail və İran arasında müharibə dövründə qəbul imkanlarınıartırdığına görə Azərbaycanın əməkdaşlığı alqışalayiqdir.

Trend-inməlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirininmüavini və Gömrük Administrasiyasının baş direktoru Forud ƏsgəriBiləsuvar sərhəd gömrüyü ilə yaxından tanış olduqdan sonraaçıqlamasında deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında sərhədəməkdaşlığı uyğun səviyyədədir. Müharibə dövründə sərhəd-keçidməntəqələrində heç bir problem qeydə alınmayıb. Üstəlik qonşuölkələr çox yaxşı əməkdaşlıq ediblər.

Əsgəri bildirib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində ixrac,idxal və tranzit keçidlərinin artırılması planlaşdırılır. Belə ki,Orta Asiya ölkələrinə yaxınlığına görə, bu sərhəd-gömrükməntəqəsinin Baş İdarəyə çevrilməsi qərara alınıb və onun büdcəsitəmin olunacaq.

“Biləsuvar sərhəd-keçid məntəqəsinə lazımi səlahiyyətlər verilibki, məhsulların buraxılmasının sadələşdirilməsi və iş adamlarınınrazılığını qazanmaq üçün lazımi addımlar ata bilsin. Bu addımlarınƏrdəbil-Biləsuvar Azad Ticarət Zonasının ölkənin daha aktiv azadticarət zonalarından birinə çevrilməsinə səbəb olacağı gözlənilir.İran bu gömrük məntəqəsinin ölkənin istehsal sahəsində xammalıntəmin olunması və hətta zəruri məhsulların idxalında aktivolacağına ümid edir”, -deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib.

Chosen
24
6
az.trend.az

7Sources